“Kənd təsərrüfatı sahəsində lider olmağı qarşısına məqsəd qoyan “Aqromarket Servis MMC” 2014 cü ildə təsis edilmişdir.
Əsas fəaliyyət sahəsi pivot suvarma sistemlərinin layihələndirilməsi, satışı, quraşdırılması və servisi; damlama, yağmurlama suvarma sistemlərinin layihələndirilməsi satıışı, quraşdırılması və servisi; kənd təsərrüfatı pestisidlərinin, toxumlarının, kənd təsərrüfatı avadanlıqları və onların hissələrinin satışıdır
Pivot suvarma sistemləri sahəsində dünya lideri olan “Valmont İndustries İNC” şirkətinin Azərbaycanda təmsilcisidir. Ölkə ərazisində pivot suvarma sistemləri quraşdırılan ərazılərin böyük bir hissəsi Aqromarket Servis MMC tərəfindən layihələndirilib,quraşdırılıb və servis xidməti göstərilir.
Pestisid sahəsində Türkiyənin “Platin Kimya”şirkətinin 64 adda məhsulunun satışını həyata keçirdir və rəsmi nümayəndəsidir
Kənd təsərrüfatı avadanlıqları sahəsində Türkiyənin TDS Makina,Özyeşilyurt,Aydın pulluk,Şakalak,İlgi Tarım,HMS,Oruç Karoser,Parlayan Tarım,Tulsan Tarım,Fransanın Monosem şirkətlərinin Azərbaycanda təmsilçisidir.
Toxum satışı sahəsində dünya liderləri olan Almaniyanın KWS,Amerikanin Pioneer və s.şirkətlərin təmsilcisidir.
Sözü gedən sahələr üzrə“Aqro Dairy”MMC,”Region Agro”MMC,”Agro Supply” MMC,”Süsən Aqro”MMC,Azaqrotaxıl”MMC,”Yalama Aqro Park”MMC,”Modern Qrup”MMC,”Qreen Factory”MMC,”Green Farms Azərbaycan”MMC,”Ulu Aqro”,”Gilan Vegetables”MMC,”Global Aqro”MMC,”Xaçmaz Şərab”ASC,”CTS Agro”MMC,”İD Agropark”MMC ,”Azbadam”MMC və s böyük şirkətlərlə əməkdaşlıq etməkdədir.
Məqsədimiz təkcə gəlir əldə etmək deyildir. Azərbaycan iqtisadiyyatına, xüsusilə də kənd təsərrüfatına öz töhfələrini vermək istəyən şirkətimiz, yerli istehlakçılara, bu sektora yeni daxil olmuş müştərilərə ən ideal şəkildə xidmət göstərməkdədir.
“Kənd təsərrüfatı sahəsində lider olmağı qarşısına məqsəd qoyan “Aqromarket Servis MMC” 2014 cü ildə təsis edilmişdir.
Biz sahəmizdə baş verən bütün yenilikləri ən son texnoloqiyaları sizə təklif edirik.