Region Aqropark layihəsi

2018 ci il iyun ayının 5-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Goranboy rayonunda “Region Aqropark”ın açılışında iştirak edib. Prezident İlham Əliyevin qeyri-neft sektorunun inkişafının sürətləndirilməsi, aqrar sahədə intensiv texnologiyaların tətbiqi ilə bağlı tapşırığına uyğun olaraq ölkədə aqroparkların yaradılmasına başlanılıb. “Region Aqropark” belə müəssisələrdən biridir. “Aqromarket Servis” MMC “Region Aqroparq” layihəsində 2000 hektar sahədə 1492 hektar ərazidəki bitkilərin davamlı və keyfiyyətli su təminatının həyata keçirdilməsi məqsədi ilə Amerikanın“Valmont İndustries İNC” şirkətinin istehsalı olan məsafədən idarəetmə mexanizminə malik 24 müasir suvarma sistemini layihələndirmiş və uğurla quraşdırmışdır.