Yalama Agropark MMC

2014-cü il Oktabr ayında start verilən Yalama Agropark layihəsi uğurla quraşdırılıb müştəriyə təhvil verilmişdir. 1200 hektarda quraşdırılmış Valley Pivot suvarma sisteminin altında şirkət əsasən qarğıdalı bitkisini suvarmaqdadır. Açar təhvili olan bu proyektin yer altı boru sistemi, elektrik naqilləri, montajı bir sözlə hər bir komponenti Valmont şirkətinin Azərbaycanda rəsmi dileri olan Aqromarket servis MMC tərəfindən həyata keçirilmişdir.