Haqqımızda

HAQQIMIZDA

Təsərrüfatınız üçün ən doğru seçim

“Kənd təsərrüfatı sahəsində lider olmağı qarşısına məqsəd qoyan “Aqromarket Servis MMC” 2014 cü ildə təsis edilmişdir.

Əsas fəaliyyət sahəsi pivot  suvarma sistemlərinin layihələndirilməsi, satışı, quraşdırılması və servisi; damlama, yağmurlama suvarma sistemlərinin layihələndirilməsi satıışı, quraşdırılması və servisi; kənd təsərrüfatı pestisidlərinin, toxumlarının, kənd təsərrüfatı avadanlıqları  və onların hissələrinin satışıdır

Pivot suvarma sistemləri sahəsində dünya lideri olan “Valmont İndustries İNC” şirkətinin Azərbaycanda  təmsilcisidir. Ölkə ərazisində pivot suvarma sistemləri quraşdırılan ərazılərin  böyük bir hissəsi  Aqromarket Servis MMC  tərəfindən layihələndirilib,quraşdırılıb və servis xidməti göstərilir.

 

Damlama,yağmurlama suvarma sistemləri sahəsində dünyada 126 ölkədə 30 istehsal zavodu,6700 filialı,54 illik fəaliyyəti olan İsrailin“Jain Irrigation Systems Limited” şirkətinin Azərbaycanda rəsmi nümayəndəsi olaraq layihələndirmə,mühəndislik dəstəyi, satış, quraşdırma və servis xidmətlərini həyata keçirdir.

Pestisid  sahəsində    Türkiyənin “Platin Kimya”şirkətinin 64 adda məhsulunun satışını  həyata keçirdir və rəsmi nümayəndəsidir

Kənd təsərrüfatı avadanlıqları sahəsində Türkiyənin TDS Makina,Özyeşilyurt,Aydın pulluk,Şakalak,İlgi Tarım,HMS,Oruç Karoser,Parlayan Tarım,Tulsan Tarım,İsrailin Lachish İndustries LTD,Fransanın Monosem şirkətlərinin Azərbaycanda təmsilçisidir.

Toxum satışı sahəsində  dünya liderləri olan Almaniyanın KWS,Amerikanin Pioneer və s.şirkətlərin təmsilcisidir.

Sözü gedən sahələr üzrə“Aqro Dairy”MMC,”Region Agro”MMC,”Agro Supply” MMC,”Süsən Aqro”MMC,Azaqrotaxıl”MMC,”Yalama Aqro Park”MMC,”Modern Qrup”MMC,”Qreen Factory”MMC,”Green Farms Azərbaycan”MMC,”Ulu Aqro”,”Gilan Vegetables”MMC,”Global Aqro”MMC,”Xaçmaz Şərab”ASC,”CTS Agro”MMC,”İD Agropark”MMC ,”Azbadam”MMC və s böyük şirkətlərlə əməkdaşlıq etməkdədir.

Məqsədimiz təkcə gəlir əldə etmək deyildir. Azərbaycan iqtisadiyyatına, xüsusilə də kənd təsərrüfatına öz töhfələrini vermək istəyən şirkətimiz, yerli istehlakçılara, bu sektora yeni daxil olmuş müştərilərə ən ideal şəkildə xidmət göstərməkdədir.

Müştəri məmnuniyyəti bizim əsas hədəfimizdir.

0 +
İl sizinlə
0 +
Xoşbəxt müştəri
0 +
Sertifikat